Google Analytics

"Google Analytics" – Web saytınıza daxil olan istifadəçilərin statistiklarına nəzarət edə bilmək üçün "Google" tərəfindən yaradılmış ödənişsiz xidmətdir. "Google Analytics"lə siz bunları əldə edəcəksiniz:

1. Web saytınıza daxil olan istifadiçələr hansı saytdan keçid edərək daxil olmuşdur?
2. Saytınıza daxil olduqdan sonra saytınızda nə qədər müddət qalmışdır?
3. Saytınızdakı qeydiyyat bölməsindən neçə istifadəçi qeydiyyatdan keçmişdir?
4. Sayt içərisində hansı reklamlara kliklənmişdir?
5. Hansı xidmətlərinizdən istifadə edilmişdir?
6. Hansı brauzerlərlə daxil olunmuşdur?
7. Hansı bölgədən (şəhər,rayon,kənd və s) daxil olunmuşdur?
8. İnternet sürəti nə qədər olmuşdur? və s.

"Google Analytics" ilə qısa zaman ərzində statistik məlumatları doğru şəkildə əldə etməyiniz, saytınızın inkişafı, yenilənməsi üçün doğru qərarların qəbul edilməsinə kömək edəcək. "Google Analytics"in fərdi və təşkilati xidmətlərini tək bir hesabda yığmış olması onu seçmək üçün ən vacib səbəblərdəndir.